IMG-LOGO

İsti hava insan beyninə təsir edir - Maraqlı ARAŞDIRMA

28.06.2024 19:00 7 baxış
IMG

İstilik koqnitiv funksiyaya dərin təsir göstərir. Beynəlxalq alimlər qrupu tərəfindən aparılan yeni araşdırma nəticəsində məlum olub ki, həddindən artıq istilər insanın koqnitiv funksiyasına, xüsusən də ictimai çıxış zamanı söz seçmək qabiliyyətinə təsir göstərir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat ABŞ, Böyük Britaniya, Avstriya, Hollandiya, Yeni Zelandiya, Danimarka, İspaniya və Almaniya da daxil olmaqla ölkələrin siyasətçilərinin 7 milyondan çox çıxışını təhlil edib və müəyyən edib ki, temperaturun 23,8-26,6 dərəcə Selsidən yuxarı olduğu günlərdə siyasətçilərin çıxışı daha sadədir.

Almaniyanın Maks Plank Demoqrafik Tədqiqatlar İnstitutundan Risto Konte Keivabuya görə, isti günlərdə siyasətçilər daha qısa söz və cümlələrdən istifadə edirlər ki, bu da onların çıxışlarının oxunuşunu azaldır. 

Tədqiqat həmçinin müəyyən edib ki, istiliyin koqnitiv funksiyaya təsiri bir neçə aylıq təhsilin itirilməsi ilə müqayisə edilə bilər və bu təsir 57 yaşdan yuxarı böyüklər üçün daha böyükdür. 

Xəbər lenti