IMG-LOGO

Ərəb klubu ona hər mövsüm üçün 20 milyon təklif edir

28.06.2024 15:56 6 baxış
IMG

“Əl-İttihad” Zlatko Daliçi baş məşqçi postuna dəvət etmək niyyətindədir. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Səudiyyə klubu hələ danışıqlara başlamayıb, lakin Xorvatiya millisinin çalışdırıcısına ildə 20 milyon dollar maaş təklif ediləcəyi artıq məlumdur.

“Əl-İttihad” hazırda mövsümdə 24 milyon dollar qazanan Marselo Qalyardonun müqaviləsini ləğv etmək prosesindədir.

Daliç özü 2026-cı il dünya çempionatına qədər Xorvatiya millisində qalmaqda qərarlıdır. Xorvatiya Futbol İttifaqının (HNS) prezidenti Maryan Kustic, Daliçin işini davam etdirməsi ilə bağlı müzakirə zamanı "əl sıxdıqlarını" təsdiqləyib.  

Xəbər lenti