“Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappenin transferi üçün rəqabətə girə bilər.
Lent.az xəbər verir ki, bu barədə “Goal AS” məlumat yayıb. Bildirilir ki, “Liverpul” fransalı hücumçunu 2017-ci ildən izləyir.
Xatırladaq ki, “Real Madrid”in nəhayət Mbappe müqaviləsindən geri çəkildiyi bildirilirdi.
Qeyd edək ki, “Liverpul”dan başqa “Bavariya” da Mbappe ilə maraqlanır, o, fransızı iyunun sonunda azad agent kimi almağa hazırdır.
Mbappe 2018-ci ilin yayından PSJ-də çıxış edir. Onun Fransa komandası ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 15 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə fransız futbolçunun təxmini dəyəri 180 milyon avrodur.