IMG-LOGO

Keçmiş döyüşçü 4 yaşlı qızını vəhşicəsinə öldürdü

18.06.2024 18:29 92 baxış
IMG

Rusiyanın Lipetsk vilayətində Ukraynadakı döyüş bölgəsindən qayıdan keçmiş “Vaqner” muzdlusu dörd yaşlı ögey qızını vəhşicəsinə qətlə yetirdiyinə görə 14 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2023-cü ilin oktyabrında baş verib. İstintaqın məlumatına görə, 32 yaşlı Vladimir Vlasov sərxoş halda həyat yoldaşı ilə mübahisə zamanı qızı şiddətlə döyüb. Kişi uşağın sinəsinə və mədəsinə bir neçə dəfə zərbə endirib. Bundan sonra uşağın başına və gövdəsinə 7 dəfə təpik və yumruq zərbələri endirib.

Nəticədə qızın çoxsaylı qançırları, daxili qanaxmaları və mühüm orqanlarının qopması onun ani ölümünə səbəb olub. Ana təcili yardım çağırmaq istəsə də, Vlasov onu hədələyib.

Vladimir Vlasov günahını qismən etiraf edib və cəza əvəzi yenidən döyüş bölgəsinə getmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq istədiyini deyib.

Ölən uşağın anası isə ümid edir ki, Vlasov müharibəyə göndərilsə, oradan sağ qayıtmayacaq.

Xəbər lenti