IMG-LOGO

""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal

19 Sep 2026 13:45 2 baxış
IMG
1 0

“Barselona”nın hücumçusu Lamin Yamal Avropada hansı klubların oyunlarını izlədiyini açıqlayıb.

Lent.az xəbər verir ki, Yamal rəqib komanda olan Madrid “Real”ını izlədiyini deyib:

““Real”ı izləyirəm. Amma söhbət “Real”dan gedirsə, həmişə onların uduzmasını istəyirəm.

Çempionlar Liqasında PSJ-nin oyunlarını izləyirəm, çünki rəqibi necə sıxışdırdıqlarına və oyuna necə dominantlıq etdiklərinə baxmağı çox sevirəm. Halbuki rəqib Çempionlar Liqasında oynayırsa, deməli, həqiqətən çox yaxşı komandadır.

“Bavariya”ya gəlincə, onların oyunlarını izləməyi sevmirəm. Çünki Almaniya çempionatında həqiqətən üstünlük təşkil etdiklərini bilirəm. Hətta Çempionlar Liqasının ümumi mərhələsində də onları izləmirəm, çünki məndə belə təəssürat yaranır ki, onlar həmişə oyuna tam dominantlıq edirlər.

PSJ ilə “Bavariya” arasındakı oyun isə inanılmaz idi”.

İdman xəbərləri futbol

Mənbə: lent.az

Xəbər lenti