IMG-LOGO

Sevinc Vaqifqızı ilə bağlı yeni məhkəmə QƏRARI

12 Jun 2024 10:48 185 baxış
IMG

"Abzas Media" işinə görə tutulan jurnalist Sevinc Vaqifqızının həbs müddəti daha üç ay uzadılıb.

Lent.az xəbər verir ki,  bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.

Mənbə: lent.az

Xəbər lenti