IMG-LOGO

Dünya çempionatının rekordçusu baş məşqçi oldu

11 Jun 2024 19:34 138 baxış
IMG

Almaniyanın “Nürnberq” komandası baş məşqçisi vəzifəsinə Miroslav Klozenin təyin olunduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, 46 yaşlı Kloze bundan əvvəl Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.

Almaniya millisinin tərkibində Miroslav Kloze dünya çempionatında qol sayına görə rekorda sahibdir - 16 qol.

“Nürnberq” qarşıdakı mövsümdə 2-ci Bundesliqada çıxış edəcək.

Mənbə: lent.az

Xəbər lenti