IMG-LOGO

İrandan Bakıya su butulkalarında narkotik gətirmək istədilər

11.06.2024 11:39 11 baxış
IMG

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Bakı şəhərinə “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən, xüsusilə külli miqdarda narkotik vasitə - 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti