IMG-LOGO

“Qarabağ”da yeni qapıçı - RƏSMİ

10 Jun 2024 20:45 179 baxış
IMG

Azərbaycan çempionu "Qarabağ" ilk transferini reallaşdırıb.

Lent.az xəbər verir ki, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

 

Mənbə: lent.az

Xəbər lenti