Sankt-Peterburqlu iş adamı dayanacaqda oğurlanıb və ondan işgəncə yolu ilə yarım milyard rubl (təxminən 9 milyon 100 min manat) pul tələb olunub.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə noyabrın 20-də, iş adamı dayanacağa gələn zaman baş verib. Bu zaman quldurlar mikroavtobusdan düşərək iş adamına hücum ediblər. Əllərini bağlayıb zorla maşına mindiriblər. Mikroavtobusun içərisində adam oğruları onun barmaqlarını kəlbətinlə çimdikləyib ki, iş adamı 500 milyon rublu harada saxladığını tez etiraf etsin. Sahibkar izah etməyə çalışıb ki, onun belə pulu yoxdur və evdə seyfdə cəmi 50 milyon (təxminən 910 min manat) var.
Cinayətkarlar iş adamından mənzildəki ev domofonunun və siqnalizasiya sisteminin kodunu öyrənərək onun yanına gediblər. Onlar pulun olduğu qutunu götürəndə sahibkar digər müdaxiləçilərin nəzarəti altında maşında bağlı vəziyyətdə qalıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın sonunda oğruları yaxalayıblar. Qrup iki yerli Çeçenistandan, Sankt-Peterburqdan və bir nəfər Pyatiqorskdan ibarət idi. Üçü istintaq təcridxanasına göndərilib, dördüncüsü isə ev dustaqlığına buraxılıb.