IMG-LOGO

Küləklə bağlı sarı XƏBƏRDARLIQ

10 Jun 2024 16:57 162 baxış
IMG

İyunun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidmətindən sarı xəbərdarlıq edilib.

Lent.az bildirir ki, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Yevlax, Şabran, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Mənbə: lent.az

Xəbər lenti