İkinci Qərb Dairə Hərbi Məhkəməsi kriminal avtoritet Şişkan (əsl adı Oleq Medvedyev) barəsində hökm çıxarıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, cinayətkar dəstənin təşkili, qətl və banditizmdə təqsirli bilinib.
Məhkəmə onun barəsində cəzasını xüsusi rejimli həbsxanada çəkməklə ömürlük həbs və 5 milyon rubl (56 min dolardan çox) cərimə ödəməklə bağlı qərarı çıxarıb.
Xatırladaq ki, “ölkənin baş oğrusu” 2019-cu ilin yayında tutulub və o zaman həbs edilib. Onun dəstəsinin üzvləri hüquq-mühafizə orqanlarının əlindən qaça bilməyiblər.
Mütəşəkkil cinayətkar dəstənin lideri "Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq" və “Cinayət aləmi iyerarxiyasında daha yüksək vəzifə tutan şəxs tərəfindən cinayətkar birlik yaratmaq”da ittiham olunub. Bu il may ayının ortalarında məhkəmə heyəti Şişkan və onun dəstəsini qətldə təqsirli bilib. Bundan sonra ittiham tərəfi quldura və onun üç ortağına ömürlük həbs cəzası istəyib.