IMG-LOGO

Lənkəranda ağır qəza-Ölənlır və yaralananlar var-YENİLƏNİB

09 Jun 2024 14:11 306 baxış
IMG

Lənkəranda qəzada ölənlərin sayı iki nəfərə çatıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alan 6 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilib.

Həkimlər qəza nəticəsində ağır xəsarət alan 9 yaşlı uşağın həyatını xilas edə bilməyiblər.

***

saat 13.07

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 152-ci km-də olub.

“Toyota Prado” və “Mercedes” markalı minik avtomobilləri toqquşub, “Toyota Prado” aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, yaralananlar var.

Mənbə: lent.az

Xəbər lenti