IMG-LOGO

Zaqatalada evdən meyit tapıldı

09 Jun 2024 09:47 213 baxış
IMG

Zaqatalada evdən meyit tapılıb. 

Lent.az xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, ev 3, mənzil 19 ünvanında qeydə alınıb. 

Qonşular həmin ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Fəxrəddin Qazıyevin meyitini tapıblar.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. 

F.Qazıyev evdə tək yaşayırmış. 

Faktla bağlı araşdırma aparılır. 

Mənbə: lent.az

Xəbər lenti