IMG-LOGO

Millimiz Ermənistanı məğlub etdi

08.06.2024 12:46 100 baxış
IMG

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində Ermənistan millisi ilə üz-üzə gəlib.

Lent.az xəbər verir ki, yığmamız ilk oyununda qələbə qazanıb. Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.

Xəbər lenti