IMG-LOGO

"Sevgi mövzusuna nifrət edirəm"  - Əşrəf Hakiminin keçmiş arvadı - FOTOLENT

06 Jun 2024 14:25 462 baxış
IMG

Tunis-Liviya əsilli ispan aktrisa Hiba Abuk 2014-cü ildə “Cosmopolitan Beauty Awards”da “Gözəllik ikonu” mükafatına layiq görülüb və 2020-ci ildə karyerasını yarımçıq qoyub PSJ-nin futbolçusu Əşrəf Hakimi ilə ailə qurub. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, lakin 2023-cü ildə Hakimi evində 24 yaşlı qızı zorlamaqda ittiham olunub və bundan sonra Hiba boşanmaq üçün məhkəməyə müraciət edib.

Çətin bir ildən sonra Abuk sevgi haqqında heç nə bilmək istəmədiyini söyləyib: “Bütün kişilər xəyal qırıqlığı idi. Bu mövzuya nifrət edirəm”. 

Aktrisa artıq keçmişdə yaşamadığını və həyatının yeni mərhələsində xoşbəxt olduğunu, diqqətini işə və iki övladına cəmlədiyini də etiraf edib.

 

Mənbə: lent.az

Xəbər lenti