IMG-LOGO

Əlavə içki verilmədiyi üçün stüardessaya hücum etdi - 6 ay həbs cəzası aldı

05 Jun 2024 22:12 182 baxış
IMG

Delta aviaşirkətinin sərxoş sərnişini əlavə içki və siqaret verilmədiyi üçün stüardessaya hücum edib.

Lent.az xəbər verir ki, Təl-Əvivdən Nyu-Yorka uçan təyyarədə baş vermiş hadisə zamanı sərnişin stüardessadan əlavə içki tələb edib. O isə öz növbəsində sərnişinin sərxoş olduğunu görərək ona içki verməkdən imtina edib.

Bundan sonra sərnişin stüardessaya hücum edərək onun paltarını cırıb. Lonq-Aylenddən olan 44 yaşlı sərnişin Şaşar Bivas hakim qarşısına çıxarılaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O həmçinin o, 9500 dollar cərimə ödəməlidir.

Mənbə: lent.az

Xəbər lenti