IMG-LOGO

Ordumuzun giziri təlim zamanı həlak oldu

05 Jun 2024 22:33 131 baxış
IMG

Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.

Allah rəhmət eləsin!

Mənbə: lent.az

Xəbər lenti