IMG-LOGO

Azərbaycanlıların olduğu gəmi dron hücumundan sonra BATDI

30 Aug 2026 22:01 3 baxış
IMG
0 0

Qara dənizdə azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu olub.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Məlumata əsasən, Dominikan Respublikasının bayrağı altında üzən "Katriona Alliance" Ltd şirkətinə məxsus "Progress IV" adlı quru yük gəmisi dron hücumuna məruz qalıb. Şiddətli yanğından sonra gəmi batıb.

Gəminin göyərtəsində 4 Azərbaycan və 8 Ukrayna vətəndaşı olub.

Qeyd olunur ki, yük gəmisi Rumıniyanın Sulina limanından Türkiyənin Tekirdağ limanına gedirmiş.

Ümumi 12 nəfərdən ibarət heyət üzvlərinin Sahil mühafizə gəmisi tərəfindən xilas olunduğu bildirilir.

Qara dəniz gəmi

Mənbə: lent.az

Xəbər lenti