IMG-LOGO

Avropada belə qadağa olacaq

30 Aug 2026 18:39 2 baxış
IMG
1 0

Avropa Komissiyası (AK) turistlərin daha çox üstünlük verdiyi şəhərlərdə mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı mübarizəni nəzərdə tutan qanun layihəsi hazırlayır.

Lent.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqsəd mənzil bazarına təzyiqin azaldılmasıdır.

Qanun layihəsində yerli hakimiyyət orqanlarının mənzil bazarına düşən yükü azaltmaq üçün istifadə edə biləcəyi meyarlar müəyyənləşdirilir. Nəşr qeyd edib ki, qısamüddətli kirayə Aİ-də bütün yaşayış sahələrinin cəmi 1,2 faizini əhatə etsə də, turistlərin daha çox üz tutduğu ərazilərdə bu göstərici 20 faizə çata bilər. Məsələn, Düb rovnik və ya Sorrentoda belə vəziyyət müşahidə olunur.

Amsterdam, Brüssel, Florensiya və Paris də daxil olmaqla bir sıra Avropa şəhərləri mənzillərin sutkalıq kirayəsinə məhdudiyyətlər tətbiq edib. Barselona hakimiyyəti 2028-ci ilə qədər qısamüddətli kirayə bazarından tamamilə imtina etməyi planlaşdırır. Lakin “Financial Times” yazır ki, bu tədbirlər şəhər administrasiyaları ilə “Airbnb” kimi kirayə xidmətləri arasında uzunmüddətli məhkəmə çəkişmələrinin predmetinə çevrilib.

Son onillikdə Avropanın bir çox şəhərlərində kirayə qiymətləri çox sürətlə – 60 faizdən çox artıb və bu, “gənc nəslin mənzil bazarından sıxışdırılıb çıxmasına” səbəb olub. AK-nin planına əsasən, qanun layihəsi mənzil bazarındakı vəziyyətin yaxşılaşmasına kömək edəcək.

“Airbnb” isə hesab edir ki, “qısamüddətli kirayəyə həddindən artıq sərt məhdudiyyətlər mənzil qiymətlərinə təsir göstərməyəcək”. Avropa Tətil Evləri Assosiasiyası isə böhranın digər səbəblərinin olduğunu bildirir və onların arasında Aİ-də boş qalan evlərin orta göstəricisinin 20 faiz təşkil etməsini də qeyd edir.

 

Avropa Komissiyası mənzil qısamüddətli kirayə

Mənbə: lent.az

Xəbər lenti