IMG-LOGO

Qız məktəbdə oğlanları yaralayıb İNTİHAR ETDİ

07.12.2023 11:31 88 baxış
IMG

Bryanskda 5 saylı gimnaziyada məktəbli qız şagirdlərə atəş açıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qız silahla təhsil müəssisəsinə gələrək 4 oğlanı yaralayıb, daha sonra isə intihar edib.

“Səkkizinci sinif şagirdi Bryansk gimnaziyasına silahla gəlib, dörd oğlanı yaralayıb və intihar edib. Uşaqlar təxliyə edilib”, - deyə hadisə şahidləri bildiriblər.

Atışma nəticəsində iki nəfərin öldüyü bildirilir. Lakin ölənlərin olması barədə fakt təsdiqlənməyib.

Təhlükəsizlik qüvvələri binanı mühasirəyə alıb, vəziyyət aydınlaşdırılır.

Xəbər lenti