IMG-LOGO

"28 May" stansiyasında qatar yoluna düşən sərnişin həkimlər gələnə qədər ölübmüş

02 Jun 2024 16:38 211 baxış
IMG

Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.

Lent.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

Mənbə: lent.az

Xəbər lenti