IMG-LOGO

Robert Köçəryan həbs edildi

27 Aug 2026 10:10 4 baxış
IMG
1 0

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 2 ay müddətinə həbs edilib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qərarı hakim Sarkis Dadoyan qəbul edib.

Bildirilib ki, hazırda Robert Köçəryan xəstəxanadadır. O, səhər saatlarında xəstəxanaya çatdırılıb.

Robert Köçəryan ölkə prezidenti olduğu dövrdə digər şəxslərlə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham olunur.

Siyasətçi saxlanıldığı gün səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib, daha sonra məhkəməyə aparılıb.

Qeyd edək ki, avqustun 25-də Ermənistanın keçmiş liderinin böyük oğlu Sedrak Köçəryan da həbs edilib.

Robert Köçəryan

Mənbə: lent.az

Xəbər lenti