IMG-LOGO

NFL oyunçularının dörddə birində CTE əlamətləri aşkarlandı

27 Aug 2026 03:27 4 baxış
IMG
0 0

ABŞ-da aparılan yeni araşdırmada vəfat etmiş NFL oyunçularının təxminən dörddə birində xroniki travmatik ensefalopatiya — CTE əlamətləri aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Tədqiqat altı il ərzində vəfat etmiş NFL oyunçularının beyin toxumalarının araşdırılmasına əsaslanır. CTE təkrarlanan baş zədələri və beyin sarsıntıları ilə əlaqələndirilən degenerativ beyin xəstəliyidir.

Mütəxəssislər nəticələrin bütün NFL oyunçularına avtomatik şamil edilə bilməyəcəyini vurğulayırlar. Buna baxmayaraq, araşdırma kontakt idmanlarında baş travmalarının uzunmüddətli nəticələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

CTE əlamətləri NFL

Mənbə: lent.az

Xəbər lenti