IMG-LOGO

Qarri Kasparovun iki ilədək həbs edilməsi üçün bütün ƏSASLAR VAR

02.06.2024 11:28 103 baxış
IMG

 Müstəntiqlər şahmatçı Qarri Kasparova qarşı əcnəbi agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilər.

Lent.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Qeyd edək ki, şahmatçı Rusiya Federasiyasında xarici agent kimi tanınıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda cinayət işinin başlanması üçün bütün əsaslar var.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu da əlavə edib ki, cinayət işi başlansa, Kasparov iki ilədək həbs və ya cərimələnə bilər.

Martın 6-da şahmatçı Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib.

Xəbər lenti