IMG-LOGO

UEFA Superkubokunun iştirakçıları müəyyənləşdi

02.06.2024 03:55 101 baxış
IMG

UEFA Superkuboku uğrunda oyunda "Real Madrid" "Atalanta" ilə qarşılaşacaq.

Lent.az xəbər verir ki, bu, oyun avqustun 14-də Varşavada keçiriləcək.

Hazırda kubokun sahibi “Mançester Siti”dir.

“Real” iyunun 1-də Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında qalib gəlib. Londonun “Uembli” stadionunda Dortmund “Borussiya”sı ilə görüş 2:0 hesabı ilə başa çatıb.

Mayın 22-də “Atalanta” Avropa Liqasının qalibi olub. İtaliya klubu finalda Almaniyanın “Bayer”inə qalib gəlib (3:0). 

Xəbər lenti