IMG-LOGO

Universitetə qəbul olanların ən yaşlısının 58, ən gəncinin 16 yaşı var

26 Aug 2026 10:57 8 baxış
IMG
0 0

Xəbər verdiyimiz kimi ali məktəblərə imtahaqnının nəticələri açıqlanıb. 

DİM-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il qəbul olan ən gənc tələbə Məmmədli Gülşən Rəşad qızıdır.

Onun 16 yaşı var. Gülşən 621.2 bal toplayaraq Naxçıvan Dövlət Universiteti, Stomatologiya ixtisasına qəbul olub. 

Builki ən yaşlı tələbə isə Hüseynov Elbrus İsmayıl oğludur. O, 1968-ci ildə doğulub. Subbakalavr kimi  Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına qəbul olunub. 

imtahan DİM

Mənbə: lent.az

Xəbər lenti