Türkiyəli müğənni və aparıcı Seda Sayan lüks markalara münasibəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bahalı çantalara minlərlə avro xərcləməyin tərəfdarı olmadığını və özü də bəzən imitasiya məhsullardan istifadə etdiyini deyib.
Seda Sayan bildirib ki, əgər bir çantanın orijinalı 5 min avrodursa, onun üçün bu qədər pul ödəməyi məntiqli hesab etmir:
“Pul asan qazanılmır. Çantanın saxtasını da alıram, nə olub ki? Əgər eyni görünürsə, niyə 5-10 min avro verim?”
Sənətçi saxta geyim və çanta istifadə etməkdə problem görmədiyini, yalnız saata xüsusi yanaşdığını bildirib. Onun sözlərinə görə, saatın saxtasını istifadə etmir, lakin geyim və aksesuarlarda marka hərisliyi yoxdur.
Seda Sayan Parisdə Louis Vuitton mağazasına imitasiya çanta ilə girdiyini və mağaza əməkdaşlarının belə bunun saxta olduğunu anlamadığını da deyib.
Müğənni “səssiz lüks” anlayışına da münasibət bildirib. Onun fikrincə, əsl lüks pulu insanların gözünə soxmadan, rahat və nümayişsiz yaşamaqdır.
Seda Sayan verilişdə evlilik mövzusuna da toxunaraq, uzun müddət davam edən münasibətlərdə qadınların daha qətiyyətli olmalı olduğunu söyləyib.
Seda Sayan Seda Sayan etiraf saxta çanta imitasiya çanta Louis Vuitton lüks marka məşhurlar Türkiyə şou-biznesi maqazin moda lüks həyat məşhur açıqlaması keşfet gündəm

Mənbə: lent.az