IMG-LOGO

ABŞ və Ukrayna arasında danışıqların yeni raundu yaxın iki gün ərzində keçiriləcək

16 Jan 2026 12:13 3 baxış
IMG

Vaşinqton və Kiyev nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqların yeni raundu yaxın iki gün ərzində keçiriləcək.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina "Bloomberg TV"yə müsahibəsində bildirib.

"Komandalarımız birgə işi davam etdirəcəklər. Yaxın iki gündə dialoqun yeni raundu baş tutacaq", - o deyib.

Stefanişina nümayəndə heyətlərinin tərkibini və görüşün keçiriləcəyi yeri açıqlamayıb. O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə yeni səfəri hələlik planlaşdırılmır, yanvarın 19-23-də Davosda keçiriləcək Dünya İqtisadi Forumu isə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün fürsət ola bilər.

Xəbər lenti