Bir çox insanlar yenisini aldıqdan sonra köhnə telefonlarından imtina edirlər.
Lent.az xəbər verir ki, bu səhv addımdır. Belə ki, köhnə smartfonlar hələ də istifadəçi üçün faydalı ola bilər. Düzdür işləmə mexanizmi aşağı olsa da, ondan istifadə etmək mümkündür.
Köhnə mobil cihazları atmamağınız üçün aşağıdakı səbəblər kifayətdir.
Siqnal
Bu proqram hətta ən köhnə smartfonlarda da mövcuddur. Köhnə cihazınızda siqnal funksiyasından istifadə edə bilirsinizsə, niyə yeni cihazda həyəcan siqnalı təyin edəsiniz ki?
Yardımçı cihaz
Yeni telefonlarınızda musiqiyə qulaq asmaqla onun şarjını tez bitirə bilərsiniz. Buna görə də batareya enerjisinə qənaət edin və musiqiyə qulaq asmaq, müxtəlif oyunlar oynamaq istəyəndə köhnə qacetdən istifadə edin.
Elektron kitab
Demək olar ki, yuxarıda qeyd etdiyimiz səbəblərlə eyni mahiyyəti daşıyır. Yeni smartfonun şarj səviyyəsinin düşməməsi üçün elektron kitabları köhnə telefonunuza yükləyin.
Naviqator
Yeni smartfonunuzda bir çox şeylərlə məşğul olursunuz. Buna görə də o avtomobildə GPS naviqatoru kimi müntəzəm olaraq istifadə oluna bilməz. Ancaq köhnə cihaz bu vəzifənin öhdəsindən çox yaxşı gələ bilər.
Ehtiyat smartfon
Və çox vacib bir məqamı unutmayın. Yeni aldığınız mobil cihaz gözlənilmədən uğursuz ola bilər. Belə olan halda, əvvəllər istifadə etməkdən imtina etdiyiniz cihaz sizə köməyə gələcək.