IMG-LOGO

Böyükşor gölü niyə yaşıl rəngə büründü? - Araşdırmanın NƏTİCƏLƏRİ

17 Aug 2026 17:44 3 baxış
IMG
60 0

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib.

Lent.az xəbər verir ki, Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb. 

Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib. 

Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər. 

Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.

***

14 avqust, saat 22:00

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 14 avqust 2026-cı il tarixində  Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngli olduğu müəyyən edilib.

Lent.az xəbər verir ki, ilkin müşahidələrin nəticələrinə əsasən, sözügedən yaşıl rəngin daşların səthinə yapışması, selikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif yaşıl çalarlara malik olması sözügedən prosesin yosunlarda geden fotosintez nəticəsində baş verdiyi ehtimalını gücləndirib.

Qeyd edək ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşa bildiyi dövrə təsadüf edir. İsti su temperaturu, günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər.

Bu baxımdan, müşahidə olunan yaşıl kütlənin mövcudluğu mövsümi və təbii bioloji proseslərlə də əlaqəli ola bilər. Bununla belə, yalnız vizual müşahidələr əsasında yox, eyni zamanda bu prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb.

Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır.

Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Böyükşor

Mənbə: lent.az

Xəbər lenti