IMG-LOGO

Xocasəndə su xətti partladı - YENİLƏNİB

17 Aug 2026 18:20 3 baxış
IMG
2 0

Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində baş vermiş qəza Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən aradan qaldırılıb, təmir-bərpa işləri tam yekunlaşdırılıb.

Bu barədə Lent.az-a ADSEA-dan məlumat verilib.

Bildirilib ki, qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilərək xətt üzrə suyun verilişi bərpa olunub.

“Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək”, - məlumatda qeyd olunub.

***

saat 17:25

Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisindən keçən, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən və Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində qəza baş verib.

ADSEA-dan  Lent.az-a bildirilib ki, qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb.

Yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub.

Hazırda qəzalı su xəttinin və onun üzərində yerləşən siyirtmənin yenilənməsi istiqamətində təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir. Görülən tədbirlər çərçivəsində nasazlığın mənbəyinin aradan qaldırılması, xəttin texniki dayanıqlığının bərpası və su təchizatı infrastrukturunun etibarlı istismarının təmin edilməsi nəzərdə tutulur.

ADSEA qəza su

Mənbə: lent.az

Xəbər lenti