IMG-LOGO

İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" MƏHKƏMƏDƏ DANIŞDI

17 Aug 2026 17:20 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə iki nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham edilən dəstə üzvlərinin məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib. 

Təqsirləndirilən Tural Əmirbəyov həmin vaxt öz sahəsi üzrə işləmədiyini deyib:

"Mən ixtisasca hüquqşünasam. Öz işimlə əlaqədar 2024-cü ilin yanvarında Firuzla qarşılaşdım. Mübarizi o zaman tanımırdım. Söhbət əsnasında Firuz dedi ki, Ramanıda belə torpaq işi var. Fəzail Cəlilov məni ora göndərmişdi. Onun mənə borcu vardı. Dedi ki, sənin torpaq məsələni həll edirəm, qarşılığında sənə olan borcumu sil. Fuad bizi Ramanıdakı torpaq sahəsinə göndərdi. Üç-dörd adam gəlib ölçüb-biçdilər və getdilər. Kənd Təsərrüfatı Nazirliyindən məktub - çıxarış sənədi  almaq lazım idi. Fəzail 16 000 manat  aldı ki, işi həll edəcək, etdi də. Şüvəlana da mütəxəssislə getdik; həm 54 sot olan torpağa, həm də 9 sot olana baxış keçirildi. 54 sot torpağı 15 il müddətinə  90 000 manata icarəyə verildi. Feyruza 550 000 manat pul vermişik. Zərərçəkənlərə dəymiş ziyandan ayrılıqda 40 000, 70 000  və 20 000 ödəmişəm".

Növbəti proses 7 sentyabr saat 17:00-a təyin edilib.

İttihama görə,  təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifəli tanışları olan, nüfuzlu şəxslər kimi təqdim edib, yalan vədlər verərək iki nəfəri aldadıblar. Onların külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirilib. 

Belə ki, onlar zərərçəkən kimi tanınan sahibkar Quvat Beybutova Bakının Binəqədi rayonundakı 178 saylı uşaq bağçasının binasını və Şüvəlanda yerləşən torpaq sahəsini özəlləşdirib onun adına keçirəcəklərini vəd veriblər. Qarşılığında ondan ümumilikdə 450 min manat pul alıblar. Digər zərərçəkən Muraz Mürsəlova isə Şüvəlan qəsəbəsində yerləşən iki böyük torpaq sahəsini (0.54 və 1.26 hektar – red.) və oradakı tikililəri özəlləşdirəcəklərinə söz veriblər. 2024-cü il ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ondan ümumilikdə 850 min manat pul alıblar. Təqsirləndirilən şəxslər daha sonra vədlərinə əməl etməyib və pulları öz aralarında bölüşdürüb.

Xatırladaq  ki, 2024-cü ildə Mübariz Məmmədov, Firuz Babayev, Tural Əmirbəyov və Elşən Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini vəzifəli şəxslər kimi təqdim edərək, müxtəlif vəddlər verərək Quvat Beybutovun 450 min, Muraz Mürsəlovun isə 850 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Əlavə edək ki, sahibkar Quvat Beybutov Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentinin də təqsirləndirildiyi 4 milyon manat dələduzluq üzrə cinayət işində zərərçəkən kimi tanınır.

Hadisələr məhkəmə xəbərləri İş adamı Quvat Beybutov

Mənbə: lent.az

Xəbər lenti