IMG-LOGO

Haaland rekordlar kitabına düşdü

14 Aug 2026 15:14 5 baxış
IMG
0 0

Norveçli hücumçu Erlinq Haaland “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Lent.az xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb.

Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümündə 36 qol vurub.

Bundan başqa, norveçli hücumçu Premyer Liqada 100 qol həddinə ən tez çatan futbolçu olub. Bunun üçün ona cəmi 111 oyun lazım gəlib.

Haaland həmçinin Norveç millisində vurduğu 19 qolla UEFA Millətlər Liqası tarixinin ən məhsuldar futbolçusu kimi göstərilib.

Digər rekord isə Çempionlar Liqası ilə bağlıdır. O, 2022/2023 mövsümündə “RB Leypsiq”in qapısından bir oyunda 5 top keçirərək turnirdə bir qarşılaşmada ən çox qol vurmaq rekordunu təkrarlayıb.

İdman xəbərləri rekord futbol

Mənbə: lent.az

Xəbər lenti