IMG-LOGO

Bərdədə şəhid qardaşının meyiti tapıldı

14 Aug 2026 12:42 2 baxış
IMG
1 2

Bərdədə gənc oğlanın meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Kənan Nizam oğlu Elyasov yaşadığı evdə ölü halda aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir.

Qeyd edək ki, Kənan şəhdi Bəhram İlyasovun qardaşıdır. Bəhram İlyasov 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun atası Nizam İlyasov da həmçinin Birinci Qarabağ müharibəsi veteranıdır.

Hadisələr meyit

Mənbə: lent.az

Xəbər lenti