IMG-LOGO

Azərbaycana külli miqdarda narkotik gətirən iranlı TUTULDU

13 Aug 2026 17:32 3 baxış
IMG
0 0

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a bildirilib ki, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd göstərən İran vətəndaşı 51 yaşlı Ağapur Hüseyn Novruz saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisələr narkotik sərhəd

Mənbə: lent.az

Xəbər lenti