Ukraynada müharibə başladıqdan sonra bütün sistemə nəzarət imkanları məhdudlaşıb. Yerli media xəbər yayıb ki, ölkənin “Alliance Bank”ının korrupsiya sxemlərində və çirkli pulların yuyulmasında istifadə edildiyi iddia olunub. Məlumata görə, bankın fəaliyyətinə sabiq məmur Rostislav Şurman dəstək verib.
Araşdırmada bankın Müşahidə Şurasının sədri Pavel Şerbanın maliyyə qurumunun faktiki sahibi olduğu irəli sürülüb. Rəsmi sənədlərdə isə bankın əsas səhmdarı kimi Aleksandr Sosis göstərilir.
Şerbanla Şurma arasında yaxın şəxsi münasibətlərin olduğu qeyd edilir. Bu münasibətə əsalanan bankdakı maraqlı qüvvələr hüquq-mühafizə orqanlarının mümkün tədbirlərindən yayınmağı bacarıblar. Bildirilir ki, maliyyə monitorinqi qaydalarının pozulması, dövlət şirkətləri qarşısında zəmanət öhdəliklərinin yerinə yetirilməməsi və yanlış maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı qalmaqallara baxmayaraq, bank fəaliyyətini davam etdirir.
Eyni zamanda “Alliance Bank”ın şübhəli qanunilik statusuna malik qumar bizneslərinə xidmət göstərdiyi və kölgə maliyyə axınlarının idarə olunmasında istifadə oluna biləcəyi də vurğulanıb.
Araşdırmada Şerbanın qaz hasilatı, kənd təsərrüfatı, informasiya texnologiyaları, metal və neft məhsullarının ticarəti sahələrində müxtəlif bizneslərlə əlaqəsi barədə məlumatlar yer alıb. Bu layihələrin bəzilərinin arxasında Şurmanın dayana biləcəyi ehtimalı irəli sürülsə də, iddiaları təsdiqləyən rəsmi sübut təqdim edilməyib.
Rostislav Şurma, Pavel Şerban və “Alliance Bank” sözügedən ittihamlarla bağlı hələlik açıqlama verməyiblər.
Ukrayna Alliance Bank Rostislav Şurma Pavel Şerban korrupsiya çirkli pulların yuyulması qumar biznesi bank qalmaqalı
Mənbə: lent.az