IMG-LOGO

Bakı Dairəvi yolunda yük maşını yandı, sürücü yaralandı

12 Aug 2026 00:56 4 baxış
IMG
1 0

Bakı Dairəvi yolunda lampa daşıyan yük avtomobili yanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət alıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə səbəbindən yolda ağır tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

bakı dairəvi yolu qəza

Mənbə: lent.az

Xəbər lenti