Qazaxıstanın Kostanay vilayətində bir nəfər insanları döymək xidməti ilə bağlı Telegram-da qeydiyyatdan keçib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu il mart ayının sonunda təqsirləndirilən şəxs döyüşmək bacarığından pul qazanmaq qərarına gəlib. Telegram vasitəsilə naməlum şəxsdən K. adlı kişini tapıb döymək barədə sifariş alıb.
Kişi zərərçəkmişin yerini müəyyən etdikdən sonra digər şəxslərlə birlikdə onu amansızcasına döyüb. Sifarişi yerinə yetirdiyinə görə 100 dollar alıb.
Təqsirləndirilən şəxs məhkəmədə günahını tam etiraf edib və peşman olduğunu bildirib. Zərərçəkmiş isə ona qarşı heç bir iddiasının olmadığını deyərək sərt cəza verilməməsini xahiş edib.
Məhkəmə xüsusi amansızlıqla və muzd qarşılığında törədilən zorakı hərəkətlər nəticəsində fiziki əzab verməyə görə ona orta təhlükəsizlik səviyyəli penitensiar müəssisədə çəkilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökm hələ qanuni qüvvəyə minməyib.
Hadisələr dünyadan xəbərlərMənbə: lent.az