IMG-LOGO

Bakıda kişi dənizdə batdı

11 Aug 2026 09:12 4 baxış
IMG
0 0

Bakıda kişi dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə qeydə alınıb.

Nazirliyin “112" qaynar telefon xəttinə 1 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıclar tərəfindən 30 yaşlı Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisələr FHN dənizdə batmaq boğulmaq

Mənbə: lent.az

Xəbər lenti