IMG-LOGO

Şair Çingiz Əlioğlu dəfn edildi - YENİLƏNİB

10 Aug 2026 12:52 4 baxış
IMG
20 0

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.

Vida mərasimindən sonra Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

***

9 avqust, saat 14:00

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu bu gün səhər saatlarında vəfat edib.

Bu barədə onun oğlu Orman Çingizoğlu məlumat verib.

Qeyd edilib ki, şairin cənazəsi sabah dəfn ediləcək.

Çingiz Əlioğlu ilə dəfn və vida yeri hələlik məlum deyil.

Xatırladaq ki, Çingiz Əlioğlu 1944-cü ildə Füzuli rayonunda anadan olub. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb. / APA

Çingiz Əlioğlu

Mənbə: lent.az

Xəbər lenti