Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.
Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub.
Nəticədə motosikletin sürücüsü Q. Qasımov və piyada M. Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov
ucar qəzaMənbə: lent.az