"Qalatasaray"dan ayrılan argentinalı futbolçu Mauro İkardi bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Vanda Nara ilə qalmaqallı ayrılığından sonra aktrisa Çin Suarezlə münasibət yaşayan İkardi sevgilisinə etdiyi romantik jestlə diqqət çəkib.
Cütlük sosial şəbəkələrdə tez-tez birlikdə çəkilmiş romantik fotolarını paylaşır. Son olaraq isə futbolçu sevgilisi ilə çəkdirdiyi xüsusi şəkillərdən birini nəhəng tablo şəklində hazırladaraq evinin divarından asdırıb. İkardinin bu addımı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Mauro İkardi və Çin Suarez bir müddətdir münasibətdədir və cütlük tez-tez birlikdə keçirdikləri xoş anları izləyiciləri ilə bölüşür.
İkardi



Mənbə: lent.az