IMG-LOGO

Daha bir nəfər suda can verdi - İmişlidə 30 yaşlı kişi Araz çayında batdı -YENİLƏNİB

09 Aug 2026 18:21 3 baxış
IMG
0 0

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb.  

Günorta saatlarında Araz çayının Göbəktala kəndi ərazisindən keçən hissəsində batan İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 1996-cı il təvəllüdlü Elgün Həsənovun meyiti FHN dalğıcları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

18:13

***

Araz çayının İmişli rayonundan keçən hissəsində bir nəfər batıb.

Hadisə günorta saatlarında Araz çayının Göbəktala kəndi ərazisindən keçən hissəsində baş verib.

Balıq tutarkən qəfil çaya yıxılan 30 yaşlı Elgün Həsənov boğulub.

Hazırda onun axtarışlarına FHN dalğıcları cəlb olunub./ APA

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti