IMG-LOGO

Türkiyədəki nəfəs aldırmayan istilər Bakıya da gələcəkmi?

09 Aug 2026 11:50 4 baxış
IMG
1 0

İstanbulda isti və yüksək rütubət əhalini çətin vəziyyətə salıb. Şəhərdə gündüz temperaturu 33-34 dərəcəyə çatarkən, rütubət səbəbindən havanın 37-38 dərəcə kimi hiss olunduğu bildirilir. Gecələr isə rütubətin 85-90 faizə qədər yüksəldiyi qeyd olunur.

Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, meteorologiya məsləhətçisi professor Orhan Şenin sözlərinə görə, İstanbulda rütubətli hava fasilələrlə sentyabrın sonuna qədər davam edə bilər.

Bakıda da vəziyyət fərqli deyil. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün paytaxtda temperaturun 34-39 dərəcəyə çatacağı gözlənilir. Nisbi rütubət gündüz 45-50 faiz, gecə isə 70-75 faiz olacaq. Bu göstəricilər Bakıda da həm isti, həm də rütubətli havanın təsirinin hiss olunacağını göstərir.

Beləliklə, İstanbulda müşahidə olunan yüksək rütubət səviyyəsi Bakıda gözlənilməsə də, paytaxtda temperatur İstanbuldan daha yüksək həddə çata bilər.

 

İstanbul Bakı isti hava hava proqnozu rütubət temperatur anomal istilər Milli Hidrometeorologiya Xidməti

Mənbə: lent.az

Xəbər lenti