İstanbulun Fatih rayonunda məsciddə namaz qılan şəxsin içərisində təxminən 450 min lirə dəyərində pul və qızıl olan çantası oğurlanıb.
Anadolu Agentliyinin məlumatına görə, 38 yaşlı İshak Yılmaz avtomobil almaq üçün topladığı 70 min lirə nağd pul və 53 qram qızılı Kapalıçarşıda dəyişmək məqsədilə özü ilə götürüb. Namaz vaxtı çantasını yanına qoyan Yılmaz ibadət edərkən naməlum şəxs çantanı götürərək ərazidən uzaqlaşıb.
Oğurluq anı məscidin təhlükəsizlik kameralarına düşüb. Polis şübhəlinin tutulması üçün araşdırma aparır.
İstanbul Fatih məscid oğurluq İshak Yılmaz 450 min lirə Türkiyə


Mənbə: lent.az