IMG-LOGO

"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb

06 Aug 2026 16:41 8 baxış
IMG

"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Trabzon təmsilçisi məlumat yayıb.

Misir millisinin 34 yaşlı üzvü ilə 2 illik müqavilə imzalanıb.

2017-ci ilin yayında İtaliyanın "Roma" klubundan transfer edilən misirli ulduz "Liverpul"un formasında meydana çıxdığı 435 rəsmi oyunda 255 qola və 122 məhsuldar ötürməyə imza atıb. İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran və məhsuldar ötürmə edən hücumçulardan biri olan Salah "Liverpul"un turnir tarixindəki ən məhsuldar oyunçusudur. O, həmçinin İngiltərə təmsilçisinin avrokuboklarda ən çox qol vuran futbolçusudur.

Xatırladaq ki, hücumçu Misir millisinin heyətində meydana çıxdığı 121 rəsmi oyunda 68 qol vurub. Salah bu göstərici ilə ölkəsinin yığmasının ən məhsuldar ikinci oyunçusudur (rekord 68 qolla həm də Hossam Hassana məxsusdur).

Mənbə: report.az

Xəbər lenti