IMG-LOGO

Mingəçevirdə 14 yaşlı uşaq kanalda boğulub öldü - YENİLƏNİB

06 Aug 2026 16:32 5 baxış
IMG
28 0

Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəhər sakini, 14 yaşlı Nicat Şərifzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 4 avqust, saat: 20:30

Mingəçevirdə yeniyetmə kanalda boğulub.

Lent.az xəbər verir ki, hadisə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəhər sakini 14 yaşlı Nicat Şərifzadə suda boğularaq, ölüb.

Araşdırma aparılır.

Mingəçevir kanal

Mənbə: lent.az

Xəbər lenti