IMG-LOGO

Futbolçu Devid Ovori naməlum şəxslərin hücumu nəticəsində vəfat edib

06 Aug 2026 15:39 6 baxış
IMG

Uqandanın "Villa" klubunun kapitanı Devid Ovori naməlum şəxslərin hücumu nəticəsində həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Daily Monitor" nəşri məlumat yayıb.

Bildirilib ki, avqustun 4-də 27 yaşlı müdafiəçi paytaxt Kampala şəhərində yerləşən evinin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə o, həyatı üçün təhlükə yaradan ağır xəsarətlər alıb.

Futbolçu komanda yoldaşı Nikolay Kabonqe tərəfindən huşu özündə olan vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəziyyəti qısa müddətdə ağırlaşıb. Devid Ovori avqustun 5-i səhər saatlarında vəfat edib.

Hazırda hadisənin başvermə şəraiti və hücumu törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Qeyd edək ki, Devid Ovori 2024-cü ildə "Villa" klubunun 20 ildən sonra ilk dəfə Uqanda çempionu olmasına mühüm töhfə verib. O, karyerası ərzində İspaniyanın "Veles" və İsveçin "Utsiktens" klublarında da çıxış edib.

Mənbə: report.az

Xəbər lenti