IMG-LOGO

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

06 Aug 2026 13:17 4 baxış
IMG

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Report" quruma istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək "İberiya" (Gürcüstan) – "Larne" (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Tbilisi şəhərində yerləşən "Mixail Mesxi" stadionunda keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti